Azərbaycan Respublikası Koronavirusa qarşı önləyici tədbirləri gücləndirib
Azərbaycan Respublikası və Gürcüstan Koronavirusun daxil olmasına qarşı önləyici tədbirləri gücləndiriblər.
İRİB-in Bakıdan verdiyi məluamta görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Koronavirusun bu ölkəyə yayılmasının qarşısını almaq məqsədi ilə, tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Azərbaycan Respublikası həmçinin Çindən maldarlıq məhsulları və dəniz qidalarının idxalını müvəqqəti olaraq dayandırıb.
Azərbaycanın AZAL aviasiya şirkəti də Bakı və Pekin arasındakı uçuşları 8 martadək dayandırıb.
Gürcüstanda da Koronavirusun yayılmasının qarşısını almaq üçün oxşar tədbirlər həyata keçirilib.
Çində Koronavirus nəticəsinə ölənlərin sayı 132 nəfərə çatıb və yoluxanlar isə 6 min nəfəri ütüb keçib.