İran Azərbaycan R-na 8-ci əmtəə ixracatçısıdır
https://azeri.sahartv.ir/news/azərbaycan-i356874-İran_azərbaycan_r_na_8_ci_əmtəə_ixracatçısıdır
Azərbaycan Respublikası dövlət gömrük komitəsi İran İslam Respublikasını həmin ölkəyə əmtəə mal ixrac edən səkkinci ixracatçı adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 30, 2020 13:40 Asia/Baku
  • İran Azərbaycan R-na 8-ci əmtəə ixracatçısıdır

Azərbaycan Respublikası dövlət gömrük komitəsi İran İslam Respublikasını həmin ölkəyə əmtəə mal ixrac edən səkkinci ixracatçı adlandırıb.

Azərbaycan Respublikası dövlət gömrük komitəsi bu gün bildirib ki, İran İslam Respublikası 2019-cu ildə 452 milyon 701 min 670 dollar dəyərində əmtəə mal ixrac etməklə Azərbaycan Respublikasına 8-ci əmtəə ixracatçısıdır.

2019-cu ildə Azərbaycan Respublikasının bu ölkəyə daha çox ixracata malik olan on ölkə ilə ticarət dövriyyəsi doqquz milyard 800 milyon dollar olubdur.

Bu müddətdə Rusiya, Türkiyə, Çin, İsveçrə, ABŞ, Almaniya, Ukrayna, İran, Kanada və İtaliya sıra ilə Azərbaycan Respublikasına ən çox əmtəə mal ixrac edən ölkələr olublar.

Azərbaycan Respublikasının 2019-cu ildə xarici ölkələrlə ticarət dövriyyəsi ondan öncəki il ilə müqayisədə 7,7 faiz artıbdır.