Neftçalada icra başçısı, müavini, baş həkim və başqaları həbs edilib
-
Neftçalada icra başçısı, müavini, baş həkim və başqaları həbs edilib
Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti fevralın 21-də Neftçala rayonu ilə bağlı növbəti məlumat yayıb.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin açıqlamasında qeyd edilir ki, rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr yaranıb.
DTX bildirir ki, İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında baxış keçirilib.
Açıqlamada iddia olunduğuna görə, İsmayıl Vəliyevin təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsini nağdlaşdırılaraq mənimsəməsinə, rayon ərazisində torpaq sahələrinin özbaşına tutulmasına və həmin ərazilərdə qanunsuz tikinti işləri aparılmasına əsaslı şübhələr yaranıb.
DSX bildirib ki, İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə , Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və başqaları rüşvətalma, rüşvətvermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanıblar.