Azərbaycanın bir hərbçisi şəhid olub
Fev 24, 2020 11:35 Asia/Baku
-
Azərbaycanın bir hərbçisi şəhid olub
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini pozublar.
Bu barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb, bildirilir ki, 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş ermənistanın bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb, Azərbaycan sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu şəhid olub.