Msk yenə də ləğv etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i358240-msk_yenə_də_ləğv_etdi
Bu gün Azərbaycan Respublilası Mərkəzi Seçki Komissiyasının iclasında daha 4 məntəqənin seçki nəticələri ləğv edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2020 17:19 Asia/Baku
  • Msk yenə də ləğv etdi
    Msk yenə də ləğv etdi

Bu gün Azərbaycan Respublilası Mərkəzi Seçki Komissiyasının iclasında daha 4 məntəqənin seçki nəticələri ləğv edilib.

MSK iclasında Milli Məclisə seçkilərlə əlaqədar 94  saylı Bərdə Kənd Seçki Dairəsi üzrə 1 saylı seçki məntəqəsi, 63 saylı Sabirabad Birinci Seçki Dairəsinin 28 saylı seçki məntəqəsi, 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi ilə bağlı 21 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

MSK sədri Məzahir Pənahov 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsinin 14 saylı seçki məntəqəsində 35 bülletenin korlanmasına münasibət bildirərkən söyləyib ki, bülletenləri korlayan məntəqə seçki komissiyaları cəzalandırılmalıdır.