MSK daha 14 seçki məntəqəsində qanun pozuntuları aşkarlayıb
-
MSK daha 14 seçki məntəqəsində qanun pozuntuları aşkarlayıb
Fevralın 25- də Azərbaycan Respublikasında daha14 seçki məntəqəsində qanun pozuntuları aşkarlayıb, nəticələri ləğ edilib.
Təqdim edilmiş protokolların və buna əlavə edilmiş seçki sənədlərinin yoxlanılması zamanı bir sıra seçki dairələri üzrə seçki məntəqələrində qanun pozuntuları müəyyən edilib.
Mərkəzi Seçki Komissiyası 9 fevral parlament seçkilərində 4 dairənin, 100-dən çox məntəqənin nəticələrini ləğv edib.
Mərkəzi Seçki Komissiyasının keçirilən dünənki iclasında MSK sədri Məzahir Pənahov deyib: “Seçki məntəqələrinin 96 %-də səsvermənin gedişinə kölgə sala biləcək hansısa pozuntu baş verməyib”.
MSK sədri bildirib ki, bu, yüksək göstəricidir: “Bu nəticənin əldə edilməsi üçün MSK-nın maarifləndirmə işlərinin də böyük təsirləri olub.
Müxtəlif dövlət qurumlarının nümayəndələri də öz vəzifələrinin öhdəsindən gəlməyi bacarıb. Seçkilərdə rekord sayda namizəd qeydə alınmışdı”.