Yenidən mitinq qərarı verilib
-
Yenidən mitinq qərarı verilib
Azərbaycanda Parlment seçkilərinin nəticələrinə etiraz olaraq, Müsavat, ReAL partiyaları və D18 Hərəkatı fevralın 29-da aksiya keçirmək istəkləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət təqdim ediblər.
Verilən məlumata görə, bu il fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində saxtakarlıqlar baş verib və aksiyada məqsəd elə hallara etiraz etməkdir.
Təşkilatçıların sözlərinə görə, müraciətdə şəhər rəhbərliyinə aksiya keçirməkdən ötrü bəzi meydanlar təklif edilib.
Hələlik, bu müraciətə BŞİH-dən münasibət almaq mümkün olmayıb.
Bu qurumlar bundan öncə, fevralın 16-da da Bakıda eyni məqsədlə kütləvi aksiya keçirmək niyyətində idilər. Amma aksiyanın yeri ilə bağlı şəhər rəhbərliyi ilə razılaşma əldə edilməmişdi.