DSX-dən sərhəddə 'məhdudiyyət'lə bağlı açıqlama
https://azeri.sahartv.ir/news/azərbaycan-i358431-dsx_dən_sərhəddə_'məhdudiyyət'lə_bağlı_açıqlama
Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) bu gün, fevralın 28-də koronavirus təhlükəsi və sərhəddəki vəziyyətlə bağlı açıqlama yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2020 12:52 Asia/Baku
  • DSX-dən sərhəddə 'məhdudiyyət'lə bağlı açıqlama
    DSX-dən sərhəddə 'məhdudiyyət'lə bağlı açıqlama

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) bu gün, fevralın 28-də koronavirus təhlükəsi və sərhəddəki vəziyyətlə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, son günlər bir sıra kütləvi informasiya vasitələrində və sosial mediada Azərbaycanın dövlət sərhədindən şəxslərin və nəqliyyat vasitələrinin keçidində məhdudiyyətlərin tətbiq olunması barədə yanlış məlumatlar yayılmaqdadır.

DSX bildirir ki, Azərbaycanın həmsərhəd ölkələrlə dövlət sərhədindən vətəndaşların, sərnişin avtobuslarının, fərdi və yük nəqliyyat vasitələrinin buraxılmasında hər hansı məhdudiyyətlər tətbiq edilməyib.

Açıqlamaya görə, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət orqanları arasında koronavirus xəstəliyinə qarşı mübarizə tədbirlərinin qarşılıqlı koordinasiyası yüksək səviyyədə təşkil olunub.