Tehran-Bakı həmkarlığının genişləndirilməsi yolları araşdırılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i358480-tehran_bakı_həmkarlığının_genişləndirilməsi_yolları_araşdırılıb
İran İslam Respublikası Prezident Aparatının başçısı və Azərbaycan Respublikasının baş nazir müavini Tehran-Bakı əlaqələrinin daha da gücləndirilməsi yollarını araşdırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 29, 2020 11:19 Asia/Baku
  • Tehran-Bakı həmkarlığının genişləndirilməsi yolları araşdırılıb
    Tehran-Bakı həmkarlığının genişləndirilməsi yolları araşdırılıb

İran İslam Respublikası Prezident Aparatının başçısı və Azərbaycan Respublikasının baş nazir müavini Tehran-Bakı əlaqələrinin daha da gücləndirilməsi yollarını araşdırıblar.

Məhmud Vaezi və Şahin Mustafayev dünən axşamçağı bir telefon söhbətində Tehran-Bakı münasibətlərinin günü-gündən möhkəmləndirilməsində iki xalqın mədəni və tarixi ortaqlıqlarının mühüm roluna işarə və əlaqələrin möhkəmləndirilməsi və gücləndirilməsinə təkid ediblər.

Vaezi və Mustafayev həmçinin koronavirus xəstəliyi ilə mübarizə və onun idarə olunması tərzi barədə fikir mübadiləsi aparıblar. Onlar bu xəstəliyin idarə olunması üçün müştərək bir protokol çərçivəsində sərhədlərin açıq saxlanılması və ticarət mübadiləsini zəruri adlandırıblar.

İran İslam Respublikası Prezident Aparatının başçısı və Azərbaycan Respublikasının baş nazir müavini ümidvarlıq ediblər ki, birgə idarəçiliklə koronavirusun iki ölkənin inkişaf etməkdə olan ticarət münasibətləri prosesinə mənfi təsirləri gündən-günə azalacaq.