AZAL İrana və əks istiqamətdən olan reyslərə bir sıra məhdudiyyətlər tətbiq edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i358486-azal_İrana_və_əks_istiqamətdən_olan_reyslərə_bir_sıra_məhdudiyyətlər_tətbiq_edib
Mövcud epidemioloji vəziyyətlə əlaqədar "Azərbaycan Hava Yolları" QSC (AZAL) İrana və əks istiqamətdən olan reyslərə bir sıra məhdudiyyətlər tətbiq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 29, 2020 14:49 Asia/Baku
  • AZAL İrana və əks istiqamətdən olan reyslərə bir sıra məhdudiyyətlər tətbiq edib
    AZAL İrana və əks istiqamətdən olan reyslərə bir sıra məhdudiyyətlər tətbiq edib

Mövcud epidemioloji vəziyyətlə əlaqədar "Azərbaycan Hava Yolları" QSC (AZAL) İrana və əks istiqamətdən olan reyslərə bir sıra məhdudiyyətlər tətbiq edib.

 

"APA-Economics"in AZAL-a istinadən verdiyi məlumata görə, fevralın 29-dan etibarən "Buta Airways" aşağıbüdcəli aviaşirkətinin Tehran-Bakı istiqaməti üzrə yerinə yetirilən reyslərinə yalnız Azərbaycan vətəndaşları, Bakı-Tehran reyslərinə isə yalnız İran vətəndaşları buraxılacaq.

Yuxarıda qeyd olunan meyarlara cavab verməyən sərnişinlər aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə aviaşirkətin 24 saat işləyən çağrı mərkəzi – callcenter@butaairways.az ilə əlaqə saxlaya bilər.