Azərbaycanda koronavirus təhlükəsinə görə bütün təhsil müəssisələri bağlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i358673-azərbaycanda_koronavirus_təhlükəsinə_görə_bütün_təhsil_müəssisələri_bağlanıb
Koronavirus təhlükəsinə görə mart ayının 3-dən 9-dək Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına qərar verilib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Mart 02, 2020 16:46 Asia/Baku
  • Azərbaycanda koronavirus təhlükəsinə görə bütün təhsil müəssisələri bağlanıb

Koronavirus təhlükəsinə görə mart ayının 3-dən 9-dək Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına qərar verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata  görə  yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.