Azərbaycan Təhsil Nazirliyi: Məktəblərin 50 faizə qədəri artıq dezinfeksiya olunub
Mart 04, 2020 14:02 Asia/Baku
-
Azərbaycan Təhsil Nazirliyi: Məktəblərin 50 faizə qədəri artıq dezinfeksiya olunub
Azərbaycan Respublikası Təhsil Nazirliyi bildirib ki, Məktəblərin 50 faizə qədəri artıq dezinfeksiya olunub.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə açıqlamasında bildirib: "Artıq ümumtəhsil müəssisələrinin təxminən 50 faizə qədəri dezinfeksiya olunub. Bu gün və növbəti günlərdə həmin say daha da artacaq. Bütün təhsil müəssisələrində dezinfeksiya işlərinin aparılması təmin olunacaq".
AZƏRBAYCAN R-DA MƏKTƏBLƏRİN YARISI DEZİNFEKSİYA EDİLİB