Bu gün Konstitusiya Məhkəməsi fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərin yekununu təsdiqləyib.
https://azeri.sahartv.ir/news/azərbaycan-i358809-bu_gün_konstitusiya_məhkəməsi_fevralın_9_da_milli_məclisə_keçirilmiş_seçkilərin_yekununu_təsdiqləyib.
APA-nın məlumatına görə, Milli Məclisdə 8 partiya təmsil olunacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 05, 2020 11:08 Asia/Baku
  • Bu gün Konstitusiya Məhkəməsi fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərin yekununu təsdiqləyib.

APA-nın məlumatına görə, Milli Məclisdə 8 partiya təmsil olunacaq.

Yeni Azərbaycan Partiyasının (YAP) parlamentdə 70, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 3, Böyük Quruluş Partiyası (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Ana Vətən Partiyası (AVP), Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) və Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) isə parlamentdə 1 deputatı var.

Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev və Razi Nurullayev isə (AXCP) seçkilərə partiya siyahısı ilə deyil, öz təşəbbüsləri ilə qatılıblar.

Qeyd edək ki, V Çağırış Milli Məclisdə yer almış Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP),

Azərbaycan Sosial Rifah Partiyası (ASRP) və Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) üzvləri budəfəki seçkilərdə mandat qazanmayıb.

Qeyd edək ki, yeni seçilən Milli Məclisdə təmsil olunacaq 8 partiya dövlət büdcəsindən yardım alacaq.