Şəhid əsgər Cəlilabadda dəfn edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i358948-Şəhid_əsgər_cəlilabadda_dəfn_edilib
Ermənistan- Azərbaycan təmas xəttində atəşkəsin pozulması nəticəsində şəhid olan azərbaycanlı sərhədçi əsgər Orxan Paşazadə dəfn olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 07, 2020 07:30 Asia/Baku
  • Şəhid əsgər Cəlilabadda dəfn edilib
    Şəhid əsgər Cəlilabadda dəfn edilib

Ermənistan- Azərbaycan təmas xəttində atəşkəsin pozulması nəticəsində şəhid olan azərbaycanlı sərhədçi əsgər Orxan Paşazadə dəfn olunub.

Şəhidlə vida mərasimi başa çatandan sonra onun cənazəsi Cəlilabad rayonunun Cəfərxanlı kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid Orxan Paşazadə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edilib

O Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində erməni snayperi tərəfindən açılan atəş nəticəsində yaralanıb, şəhid edilmişdi.

 

ŞƏHİD ƏSGƏR CƏLİLABADDA DƏFN EDİLİB