Azərbaycan Respublikası ilə Türkmənistan arasında əməkdaşlıq sənədləri imzalanıb
Mart 11, 2020 11:35 Asia/Baku
Türkmənistan prezidenti bu gün yüksək səviyyəli bir heyətin müşayiəti ilə Bakıya səfər edib. Türkmənistan və Azərbaycan prezidentlərinin başçılığı ilə geniştərkibli heyətlərin görüşündən sonar iki ölkə arasında əməkdaşlıq sənədləri imzalanıb.
APA-nın verdiyi məlumata görə , əməkdaşlıq sənədləri, nəqliyyat, rabitə, mediya, miqrasiya, mədəniyyət, ali təhsil, ətraf mühit, kənd təsərrüfatı, əmlak hüquqları, investisiya, ticarət sahələrini əhatə edib.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər.