Qərargah: Türkiyədən Azərbaycana qayıtmaq istəyən şəxslər üçün çarter reyslər ayrılacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i359285-qərargah_türkiyədən_azərbaycana_qayıtmaq_istəyən_şəxslər_üçün_çarter_reyslər_ayrılacaq
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə Respublikası və Azərbaycan Respublikası vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərin geri qaytarılması mexanizmi ilə bağlı 15 mart 2020-ci il tarixdə əlavə məlumat veriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2020 09:40 Asia/Baku
  • Qərargah: Türkiyədən Azərbaycana qayıtmaq istəyən şəxslər üçün çarter reyslər ayrılacaq

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə Respublikası və Azərbaycan Respublikası vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərin geri qaytarılması mexanizmi ilə bağlı 15 mart 2020-ci il tarixdə əlavə məlumat veriləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, qeyd olunan şəxslərin Azərbaycana qayıtması üçün çarter reyslər ayrılacaq.

Türkiyədən qayıdan şəxslər müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaq.