Türkiyədən Bakıya daha 237 Azərbaycan vətəndaşı gətirilib
Mart 17, 2020 09:24 Asia/Baku
Türkiyədən Bakıya daha 237 Azərbaycan vətəndaşı gətirilib
Azərbaycanın Milli aviadaşıyıcısı Türkiyə ilə Azərbaycan arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar hökumətin tapşırığı ilə Türkiyə ərazisində qalmış Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 16-da Bakı-İstanbul-Bakı istiqaməti üzrə daha bir çarter reysi yerinə yetirib.
“Azərbaycan Hava Yolları” QSC-dən APA-ya verilən məlumata görə, saat 22:04 radələrində Bakıya enmiş həmin reys ilə 237 nəfər Azərbaycan vətəndaşı İstanbuldan vətənə qaytarılıb.
Xatırladaq ki, daha əvvəl martın 15-də İstanbuldan Bakıya 474 Azərbaycan vətəndaşı gətirilib.
TÜRKİYƏDƏN BAKIYA DAHA 237 AR VƏTƏNDAŞI GƏTİRİLİB