Mübariz Mənsimova dəstək aksiyası dağıdılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i359395-mübariz_mənsimova_dəstək_aksiyası_dağıdılıb
Martın 18-də Bakıda bir qrup şəxs Türkiyənin Azərbaycandakı səfirliyi önündə aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 19, 2020 06:37 Asia/Baku
  • Mübariz Mənsimova dəstək aksiyası dağıdılıb
    Mübariz Mənsimova dəstək aksiyası dağıdılıb

Martın 18-də Bakıda bir qrup şəxs Türkiyənin Azərbaycandakı səfirliyi önündə aksiya keçiriblər.

Onlar Türkiyə səfirliyi önündə “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun həbsinə etiraz olaraq aksiya keçirməyə cəhd ediblər. 

Polis aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb. Polis bunu aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmaması ilə izah edib.

«Palmali» Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov Türkiyədə martın 15-də saxlanıb.

«Hürriyet» qəzetində yazılıb ki, əslən Azərbaycandan olan işadamı M.Mənsimov 2015-ci ildə Türkiyədə çevriliş və ABŞ-da yaşayan Fəthullah Gülənlə əlaqələrə görə aparılan araşdırma çərçivəsində tutulub. M.Mənsimov haqqında martın 16-da axşam saatlarında həbs-qətimkan tədbiri seçilib.

MÜBARİZ MƏNSİMOVA DƏSTƏK AKSİYASI DAĞIDILIB