Gürcüstan Azərbaycandan neft idxalını kəskin azaldıb
Mart 19, 2020 10:56 Asia/Baku
-
Gürcüstan Azərbaycandan neft idxalını kəskin azaldıb
Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını illik ifadədə 55% azaldaraq 13 819,4 ton təşkil edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.
İdxal edilən məhsulun ümumi dəyəri 6 610,5 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar fevral-ayları ərzində Gürcüstanın Azərbaycana dərman ixracının həcmi illik müqayisədə 62,7% azalaraq 50,9 ton təşkil edib.
Hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun dəyəri 1 730,6 min ABŞ dollarına bərabər olub ki, bu da illik ifadədə 3,2 dəfə azdır.
TİFLİS BAKIDAN NEFT İDXALINI KƏSKİN AZALDIB