Novruz bayramı qeyd olunur
https://azeri.sahartv.ir/news/azərbaycan-i359441-novruz_bayramı_qeyd_olunur
İran, Azərbaycan və Novruz ölkələrinda bu gün Novruz bayramı qeyd edilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 20, 2020 05:18 Asia/Baku
  • Novruz bayramı qeyd olunur
    Novruz bayramı qeyd olunur

İran, Azərbaycan və Novruz ölkələrinda bu gün Novruz bayramı qeyd edilir.

Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, farsca “Yeni gün” deməkdir. İranda yeni il Novruz bayramı və yazın gəlişi ilə başlayıb, bayram edilir. İranla yanaşı qədim zamanlardan başlayaraq, Azərbaycan Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

 2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

 Qeyd edək ki, bu il bahar fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə təxminən saat saat 07:49:36-da daxil oldu.

NOVRUZ BAYRAMI DÜNYA SƏVİYYƏSİNDƏ QEYD OLUNUR