Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxanların sayı açıqlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i360143-azərbaycanda_bölgələr_üzrə_koronavirusa_yoluxanların_sayı_açıqlanıb
Azərbaycanın "Koronainfo.az" sayıtında yerləşdirilən məlumata görə     infeksiya daşıyıcılarının 149 nəfəri (40,2%) Bakı şəhərindədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 04, 2020 08:38 Asia/Baku
  • Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycanın "Koronainfo.az" sayıtında yerləşdirilən məlumata görə     infeksiya daşıyıcılarının 149 nəfəri (40,2%) Bakı şəhərindədir.

Bildirilib ki, onların əksəriyyəti paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23) və Nərimanov (19) rayonlarındandır.

Koronavirus paytaxtın Xətai (13), Səbail (10), Qaradağ (9), Sabunçu (7), Suraxanı (5), Xəzər (3), Pirallahı (2) və Nizami (2) rayonlarında da qeydə alınıb.

Eyni zamanda Bakıda daha 6 yoluxma faktı var. Ancaq onların qeydiyyatı qeyri-müəyyəndir. 

Bundan başqa, Sumqayıt şəhərində 7, Abeşron rayonunda isə 11 koronavirusa yoluxma halı qeydə alınıb. 

Qeyd edək ki, indiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir.