Bakıda karantin rejimini pozan şəxslərə qarşı tədbirlər davam etdirilir
https://azeri.sahartv.ir/news/azərbaycan-i360232-bakıda_karantin_rejimini_pozan_şəxslərə_qarşı_tədbirlər_davam_etdirilir
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər davam etdirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2020 14:51 Asia/Baku
  • Bakıda karantin rejimini pozan şəxslərə qarşı tədbirlər davam etdirilir
    Bakıda karantin rejimini pozan şəxslərə qarşı tədbirlər davam etdirilir

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər davam etdirilir.

 

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Paytaxtda müvafiq icazə olmadan hərəkət edən şəxslər, eləcə də nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri yoxlanılır. Müvafiq icazəsi olmayan şəxslər müəyyən olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.

Ümumilikdə ötən gün ərzində respublika üzrə 6 nəfər inzibati qaydada həbs edilib, 3800 nəfər cərimə olunub, 1 nəfərə xəbərdarlıq edilib.
BAKIDA KARANTİNİ POZANLARA QARŞI TƏDBİRLƏR DAVAM EDİR