Avropa COVID-19-la mübarizə üçün Bakıya qrant ayırıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i360400-avropa_covid_19_la_mübarizə_üçün_bakıya_qrant_ayırıb
Avropa Birliyi Azərbaycan Respublikasının koronavirus pandemiyası ilə mübarizəsi üçün bu ölkəyə 14 milyon avro məbləğində qrant ayırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 11, 2020 04:17 Asia/Baku
  • Avropa COVID-19-la mübarizə üçün Bakıya qrant ayırıb
    Avropa COVID-19-la mübarizə üçün Bakıya qrant ayırıb

Avropa Birliyi Azərbaycan Respublikasının koronavirus pandemiyası ilə mübarizəsi üçün bu ölkəyə 14 milyon avro məbləğində qrant ayırıb.

Avropa Komissiyasının Şərq Qonşuluğu şöbəsinini müdiri Lorvens Meridit bildirib ki, bu ödənişsiz məbləğ maliyyə yardımı formasında koronavirusla mübarizə üzrə Avropa Birliyinin Şərq İştirak Proqramında fəaliyyət göstərən ölkələrə ödənilibdir.

Avropa Birliyinin Şərq İştirak Proqramı 2009-cu ildə, onda fəaliyyət göstərən ölkələrin dövlət başçılarının iclasında qəbul olundu və bu ittifaqın Ukrayna, Moldova, Belarus, Azərbaycan Respublikası, Ermənistan və Gürcüstan daxil olmaqla altı keçmiş sovet respublikası ilə siyasi və iqtisadi əlaqələrinin genişləndirilməsinə şamil olur.