Azərbaycanda karantin rejiminin pozulmasına görə 13227 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i360408-azərbaycanda_karantin_rejiminin_pozulmasına_görə_13227_hərəkət_iştirakçısı_məsuliyyətə_cəlb_edilib
Azərbaycanda karantin rejiminin pozulmasına görə 13227 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 11, 2020 10:05 Asia/Baku
  • Azərbaycanda karantin rejiminin pozulmasına görə 13227 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib
    Azərbaycanda karantin rejiminin pozulmasına görə 13227 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib

Azərbaycanda karantin rejiminin pozulmasına görə 13227 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib.

 

Baş Dövlət Yol Polis İdarəsi Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına bağlı görülən işlərlə bağlı məlumat yayıb.

İdarədən APA-ya verilən məlumata görə, 10.04.2020-ci il saat 00:00-dan 11.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1909 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 13227 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

AR-DƏ 13227 HƏRƏKƏT İŞTİRAKÇISI MƏSULİYYƏTƏ CƏLB EDİLİB