Qərargah: Azərbaycanda 40 yeni koronavirusa yoluxma
https://azeri.sahartv.ir/news/azərbaycan-i360452-qərargah_azərbaycanda_40_yeni_koronavirusa_yoluxma
Azərbaycanda 40 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 13, 2020 04:31 Asia/Baku
  • Qərargah: Azərbaycanda 40 yeni koronavirusa yoluxma
    Qərargah: Azərbaycanda 40 yeni koronavirusa yoluxma

Azərbaycanda 40 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə aprelin 12-də Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargahın məlumatında bildirilir.

Məlumatda yazılıb ki, hazırkı dövrədək Azərbaycanda ümumilikdə 1098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib:

“Onlardan 250 nəfər müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 37 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”

Qərargah qeyd edib ki, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda ümumilikdə 66.677 test aparılıb.

AR-DA 40 YENİ KORONAVİRUSA YOLUXMA HALI QEYDƏ ALINIB