İşsiz kimi qeydiyyata alınmış daha 20 min nəfər üçün vəsait köçürülüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i360506-İşsiz_kimi_qeydiyyata_alınmış_daha_20_min_nəfər_üçün_vəsait_köçürülüb
Azərbaycan Respublikasında işsiz kimi qeydiyyata alınmış daha 20 min nəfər üçün vəsait köçürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 14, 2020 10:27 Asia/Baku
  • İşsiz kimi qeydiyyata alınmış daha 20 min nəfər üçün vəsait köçürülüb
    İşsiz kimi qeydiyyata alınmış daha 20 min nəfər üçün vəsait köçürülüb

Azərbaycan Respublikasında işsiz kimi qeydiyyata alınmış daha 20 min nəfər üçün vəsait köçürülüb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi qeydiyyata alınan 20 min şəxs üçün də birdəfəlik vəsaitin bank filiallarına və poçt şöbələrinə köçürülməsini təmin edib.

APA-nın məlumatına görə, həmin vətəndaşların qeydiyyata alınan zaman qeyd etdikləri telefon nömrəsinə göndəriləcək SMS-də vətəndaşa birdəfəlik vəsaiti haradan gedib alacağı bildiriləcək.

 

İşsiz şəxs evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilərsə - istənilən poçt şöbəsinə, bank göstərilərsə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib onun üçün köçürülmüş birdəfəlik ödəməni ala bilər.

Aprelin 9-dan etibarən bu ödəmələrin verilməsinə başlanıb və proses hər gün davam edir. Nazirlik artıq 75 min işsiz üçün birdəfəlik vəsait ödənişini həyata keçirib.