Poçt şöbələrinin qarşısında sıxlıq yaranıb
-
Poçt şöbələrinin qarşısında sıxlıq yaranıb
Aprelin 15-də Bakı şəhərində yerləşən "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bəzi şöbələrinin qarşısında insan növbələri yaranıb.
Növbələrin yaranması işsiz statusunda olan insanlara ayrılan yardımların verilməsi ilə izah edilir.
"Azərpoçt" MMC-dən isə bildirilib ki, bəzi şöbələrin qarşısında sıxlığının yaranması sosial yardımın köçürülməsi barədə mesajların və bu yönümdə müraciətlərin çoxluğu ilə bağlıdır.
Prezident İlham Əliyev bu ilin martında koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, biznesə və məşğulluğa mənfi təsirlərini azaltmaqla bağlı sərəncam verib. Sərəncamın icrası ilə bağlı 1 milyard manat pul ayrılıb. Həmin sərəncamdan irəli gələrək işsiz kimi qeydiyyatda olan şəxslərə də iki ay ərzində 190 manat yardım ayrılır. Rəsmi qurumlar indiyə kimi 100 minə qədər şəxsin belə yardım aldığını bildiriblər.
POÇT ŞÖBƏLƏRİNİN ÖNÜNDƏ SIXLIQ YARANIB