Heydər Əliyev Fondunun “Biz birlikdə güclüyük” aksiyası zamanı 100 mindən çox sovqat paylanılacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i360604-heydər_Əliyev_fondunun_biz_birlikdə_güclüyük_aksiyası_zamanı_100_mindən_çox_sovqat_paylanılacaq
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun başladığı sosial aksiya davam edir. 
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 17, 2020 03:37 Asia/Baku
  • Heydər Əliyev Fondunun “Biz birlikdə güclüyük” aksiyası zamanı 100 mindən çox sovqat paylanılacaq
    Heydər Əliyev Fondunun “Biz birlikdə güclüyük” aksiyası zamanı 100 mindən çox sovqat paylanılacaq

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun başladığı sosial aksiya davam edir. 

Heydər Əliyev Fondundan APA-ya verliən məlumata görə, “Biz birlikdə güclüyük” şüarı ilə keçirilən aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir. 

Aksiya çərçivəsində müraciətlər əsasında ölkə üzrə qeyd olunan kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır.

 

Fondun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən 150 Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında sovqatların hazırlanması və onların ünvanlara çatdırılması təmin edilir.

Aksiya çərçivəsində 100 mindən artıq sovqatın paylanılması nəzərdə tutulur.

AZƏRBAYCAN R-DA 100 MİNDƏN ÇOX SOVQAT PAYLANACAQ