AR-da 25 min nəfərdən çox insan karantin qaydalarını pozduğuna görə cəzalandırılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i360640-ar_da_25_min_nəfərdən_çox_insan_karantin_qaydalarını_pozduğuna_görə_cəzalandırılıb
Ötən 17 gündə Azərbaycan Respublikasında karantin qaydalarını pozan 25 min 402 nəfər cəzalandırılıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 17, 2020 10:50 Asia/Baku
  • AR-da 25 min nəfərdən çox insan karantin qaydalarını pozduğuna görə cəzalandırılıb
    AR-da 25 min nəfərdən çox insan karantin qaydalarını pozduğuna görə cəzalandırılıb

Ötən 17 gündə Azərbaycan Respublikasında karantin qaydalarını pozan 25 min 402 nəfər cəzalandırılıbdır.

Azərbaycan Respublikasının yol polisi bu gün bildirib ki, bu şəxslər icazə vərəqəsi olmadan karantin şəraitində müxtəlif bölgələrdə hərəkətdə olan avtomobillərin sürücüləri və ya sərnişinləri olublar.

Bu məlumata əsasən, ötən sutka ərzində də 2543 nəfər karantin qaydalarını pozduğu üçün cəzalandırılıbdır.

Azərbaycan Respublikasında karantin vəziyyəti aprelin beşindən başlanıb və aprelin 20-dək davam edəcək. Bu müddətdə vətəndaşların mənzildən çıxmaları yalnız zəruri işləri görmək üçün gündə bir dəfə, polis tərəfindən lazımi icazə vərəqəsini almaqla isə iki saat müddətinə həyata keçir.

AR-DA KARANTİN QAYDALARINI POZAN 25 MİNDƏN ÇOX ŞƏXS CƏZALANDIRILIB