Azərbaycan Respublikasında koronavirusa yoluxanların sayı 1500-ü keçib
Apr 22, 2020 13:21 Asia/Baku
Azərbaycanda ümumilikdə 1518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
APA-nın Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasında koronavirusa yoluxanlardan 907 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 591 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağırdır.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 108.221 test aparılıb.