DTX-nin Biləsuvar İH-də əməliyyat aparması barədə məlumat yayılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i361145-dtx_nin_biləsuvar_İh_də_əməliyyat_aparması_barədə_məlumat_yayılıb
Teleqraf.com-un verdiyi məlumata görə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 29, 2020 10:32 Asia/Baku
  • DTX-nin Biləsuvar İH-də əməliyyat aparması barədə məlumat yayılıb

Teleqraf.com-un verdiyi məlumata görə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.

 

Teleqraf.com məlumatın Bakipost.az tərəfindən yayılmasını xatırladıb və bununla bağlı əməliyyatın bəzi detallarının əldə olunduğunu bildirib. 

Məlumata görə, əməliyyat karantin rejimi ilə əlaqədar əhaliyə yönəlmiş dövlət dəstəyinin, yardımların mənimsənilməsi ilə bağlı keçirilib. Bununla bağlı çoxsaylı, əsaslı şikayətlər olub.

Əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin Xanlar Məmmədov, rayonun bələdiyyə sədri İlqar Abbasov, Mərkəzi Xəstəxananın baş həkimi Xoşbəxt Ağayeva, Kommunal Müəssisələri Kombinatının direktoru Xalidə Ağayeva, Məşğulluq Şöbəsinin rəisi Mübariz Mustafayev, şəhər icra nümayəndəsi Qabil Xammədov saxlanılıb.

Hələ bu məlumat müvafiz rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.