Azərbaycan neft hasilatı ilə bağlı öhdəliklərin icrasına başlayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i361202-azərbaycan_neft_hasilatı_ilə_bağlı_öhdəliklərin_icrasına_başlayıb
Azərbaycan bu gündən etibarən "OPEC+" razılaşması çərçivəsində neft hasilatının azaldılması prosesinə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 01, 2020 07:56 Asia/Baku
  • Azərbaycan neft hasilatı ilə bağlı öhdəliklərin icrasına başlayıb

Azərbaycan bu gündən etibarən "OPEC+" razılaşması çərçivəsində neft hasilatının azaldılması prosesinə başlayıb.

APA Energetika Nazirliyinə istinadən xəbər verir ki, may-iyun aylarında “OPEC+” üzrə öhdəliklər gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 9,7 mln. barel, Azərbaycan üçün isə 164 min barel azaldılmasını nəzərdə tutur. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycanın öhdəlikləri iyul-dekabr aylarında bu göstəricidən 18% az olmaqla 131 min barel, 2021-ci il və 2022-ci ilin apreli ərzində isə 14% az olmaqla 98 min barel müəyyənləşib.