May 02, 2020 09:57 Asia/Baku
  • Azərbaycan Respublikası prezidenti ölkəsində korrupsiya və rüşvətxorluğun geniş yayıldığını dilə gətirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbulu zamanı ölkədə korrupsiya və rüşvətxorluğun geniş yayılmasına toxunub və belə halların təkcə yerli icra orqanlarında deyil, hətta mərkəzi icra orqanlarında da müşahidə olunduğunu dilə gətirib.

APA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu videokonfransda uzun illərdir tanınmış simalar və xalq tərəfindən deyilən vəzifələrin pulla alqı-satqısı faktını təsdiqləyərək deyib: " bəzi nazirliklərdə vəzifəyə təyin olunmaq üçün bəzi hallarda rüşvət tələb edilir". İlham Əliyev pul verib vəzifəyə gələn adamlaırn verdiyi pulun əvəzini çıxmaq üçün dövlət malını oğurlaması və yaxud xalqdan pul tələb etməsi faktını dəfələrlə müşahidə etdiyini də dilə gətirib. 

Prezident İlham Əliyev ölkəsində korrupsiya və rüşvətxorluğun sistematik hal aldığını etiraf edərək deyib: " Bəzi rayonlarda  təhsil, mədəniyyət sahəsində kütləvi şəkildə vətəndaşlardan, valideynlərdən, hər məktəb direktorundan pul yığılır, rayon mərkəzi xəstəxanasının baş həkimindən icra hakimiyyətinə pul verilir. O da öz növbəsində bütün şöbələrdən hər ay haqq yığır. Bütün bələdiyyələr icra hakimiyyətinə aylıq pul verir. 

Azərbaycan Respublikası prezidenti ölkədə geniş yayılmış korrupsiya  və rüşvətxorluğa qarşı həm inzibati yollarla, həm də institusional üsullarla mübarizəyə səy göstərildiyini bildirib, eyni zamanda, cəza tədbirlərinin  də tətbiq olunduğunu xatırladıb.

İlham Əliyev hüquq mühafizə orqanlarındakı durumu da tənqid edib; bu orqanlarda qeyri-peşəkarlıq yaxud hansısa maraqlar ücbatından qanuna zidd əməlləri xatırladıb, bu sahədə dərin islahatlara ehtiyac olduğunu vurğulayıb. 

İlham Əliyev İqtisadi vəziyyətə də toxunub, postneft dövrünə hazırlıq barədə neçə il bundan əvvəlki sözlərini xatırladıb və neft bazarlarındakı böhran və pandemiyanın Azərbaycan Respublikası iqtisadiyyatına çox böyük mənfi təsir göstərdiyini dilə gətirib. 

Azərbaycan Respublikası prezidenti  çıxışının başqa bir hissəsində ölkəsindəki siyasi islahatlardan isə razı qaldığını bildirib və deyib: , Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir”.

 

 

 

Teqlər

Şərhlər