Azərbaycanlı deputat ABŞ-ın qlobal liderlik rolunu itirdiyini deyir
https://azeri.sahartv.ir/news/azərbaycan-i361223-azərbaycanlı_deputat_abŞ_ın_qlobal_liderlik_rolunu_itirdiyini_deyir
Azərbaycan Milli Məclisinin deputatı, politoloq Elşad Mirbəşiroğlu Teleqraf Xəbər Portalı ilə müsahibədə dünyada koronavirus böhranının dərinləşməsi ilə ABŞ-ın qlobal liderlik rolunu itirdiyini bəyan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 02, 2020 11:24 Asia/Baku
  • Azərbaycanlı deputat ABŞ-ın qlobal liderlik rolunu itirdiyini deyir

Azərbaycan Milli Məclisinin deputatı, politoloq Elşad Mirbəşiroğlu Teleqraf Xəbər Portalı ilə müsahibədə dünyada koronavirus böhranının dərinləşməsi ilə ABŞ-ın qlobal liderlik rolunu itirdiyini bəyan edib.

Millət vəkili deyib: "ABŞ-ın qlobal liderlik konsepsiyası iflasa uğradı. Birləşmiş Ştatlar hökuməti özünün qlobal liderlik konsepsiyasını hazırlayıb ortaya qoyanda və onu həyata keçirməyə çalışanda çox güman ki, belə qlobal böhranın baş verəcəyini düşünmürdü."

Deputatın sözlərinə görə, məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, pandemiya dövlətləri bir növ sınaqdan keçirmiş oldu və kriteriyalar müəyyənləşdirdi. Məlum oldu ki, təkcə dövlətlərin iqtisadi gücünün deyil, həm də böhran idarəçiliyini necə həyata keçirməsi olduqca vacib məqamdır.  

Elşad Mirbəşiroğlu qeyd edib ki, pandemiyadan kim daha uğurla çıxa biləcəksə, elə beynəlxalq münasibətlər sistemində də o dövlətlərin rolu üstün olacaq və dövlətlər bundan sonra münasibətlərini qurarkən əsasən özlərinin hərbi güclərinə istinad etməyəcəklər. 

AZƏRBAYCANLI DEPUTAT ABŞ-IN QLOBAL LİDERLİK ROLUNU İTİRDİYİNİ DEYİR