TƏBİB: Rəqəmlər də göstərir ki, vəziyyət pisləşməyə doğru gedir, karantin rejimi sərtləşdirilə bilər
https://azeri.sahartv.ir/news/azərbaycan-i361365-tƏbİb_rəqəmlər_də_göstərir_ki_vəziyyət_pisləşməyə_doğru_gedir_karantin_rejimi_sərtləşdirilə_bilər
“Əgər situasiya pisləşməyə doğru getsə, regional və ya daha geniş miqyasda karantin rejimi sərtləşdirilə bilər”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 05, 2020 13:44 Asia/Baku
  • TƏBİB: Rəqəmlər də göstərir ki, vəziyyət pisləşməyə doğru gedir, karantin rejimi sərtləşdirilə bilər

“Əgər situasiya pisləşməyə doğru getsə, regional və ya daha geniş miqyasda karantin rejimi sərtləşdirilə bilər”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

“Normal həyata qayıtmaq istəyirik, amma unutmaq olmaz ki, əsas insanların sağlamlığıdır. Qaydalara əməl edərək karantin rejimindən çıxmaq lazımdır. Ancaq bu gün heç kim buna əməl etmək istəmir. Rəqəmlər də göstərir ki, vəziyyət pisləşməyə doğru gedir”, - deyə Y. Qarayeva vurğulayıb.