İ.Məmmədov: Statistika ümidverici deyil
Azərbaycan Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov ölkədə koronavirusa yoluxma hallarının artmasına görə xəbərdarlıq edib.
İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib ki, yeni statistika ümidverici deyil. Bu səbəbdən yeni qərarlar gedişatdan asılı olacaqdır.
Onun sözlərinə görə, rayonlarda ticarət mərkəzləri açılıb. Amma bu, arxayınlaşmağa əsas vermir.
İ.Məmmədov deyib ki, 65 yaşdan yuxarı şəxslərin evdən çıxma qadağasının aradan qaldırılması qarşıdakı günlərin statistikasından asılıdır.
Xatırladaq ki, ötən gün Azərbaycanda 76 nəfər koronavirusa yoluxub. Bütövlükdə isə son məlumata əsasən 26 nəfər koronavirusdan dünyasını dəyişib və hazırda 526 nəfər xüsusi karantin xəstəxanalarında müalicə alır.
AZƏRBAYCAN R-DA COVİD-19 NARAHATLIĞI CİDDİLƏŞİR