Azərbaycanlı ekspert korrupsiya ilə mübarizənin ciddi dəyişikliyə səbəb olacağını deyir
“Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin səmərə verəcəyinə əmin olduğunu bildirib.
Əliməmməd Nuriyev Sputnik Xəbər Agentliyi ilə müsahibədə bildirib ki, bu sahədə hər hansı güzəşt olmayacaq. Çünki Azərbaycan dövləti artıq öz prioritetlərini müəyyənləşdirib. Bunlar şəffaflıq, hesabatlılıq, dövlət əmlakına münasibətdə qənaətcil davranış və məmurların vəzifələrinə məsuliyyətlə yanaşmasıdır.
Ekspertin sözlərinə görə, yeni idarəetmə mədəniyyətinin mənimsənilməsi ilə bağlı məmurların problemləri var. Ancaq atılan addımlar onların həyatında dəyişikliklərə gətirib çıxaracaq.
Qeyd edək ki, Prezidenti İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən vacib vəzifələrdən biri kimi korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə olduğunu qeyd edib. Prezident vurğulayıb ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar.
NURİYEV KORRUPSİYA İLƏ MÜBARİZƏNİN CİDDİ DƏYİŞİKLİK YARADACAĞINI DEYİB