Penitensiar Xidmətin əsgəri özünü güllələyərək öldürüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i361498-penitensiar_xidmətin_əsgəri_özünü_güllələyərək_öldürüb
Cəzaçəkmə müəssisəsində əsgər başından özünü güllələyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 08, 2020 06:26 Asia/Baku
  • Penitensiar Xidmətin əsgəri özünü güllələyərək öldürüb

Cəzaçəkmə müəssisəsində əsgər başından özünü güllələyib.

APA xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 15 saylı cəza çəkmə müəsissəsində baş verib. Penitensiar Xidmətin əsgəri, 2001-ci il təvəllüdlü Salmanov Polad Nağı oğlu özünü güllələyib. O, alnından güllə yarası alıb.

Yaralı 1 saylı şəhər xəstəxanasına aparılarkən yolda ölüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında hadisəni təsdiqləyib. O bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır.