Azərbaycanda tibbi maskadan istifadə etməyənlərə qarşı reydlərə start verilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i361511-azərbaycanda_tibbi_maskadan_istifadə_etməyənlərə_qarşı_reydlərə_start_verilib
Bu gündən ölkə ərazisində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən tibbi maskadan istifadə etməyənlərə qarşı reydlərə start verilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 08, 2020 10:53 Asia/Baku
  • Azərbaycanda tibbi maskadan istifadə etməyənlərə qarşı reydlərə start verilib

Bu gündən ölkə ərazisində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən tibbi maskadan istifadə etməyənlərə qarşı reydlərə start verilib.

SaharAzeri-nin APA-ya istinadla verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, reydlərin keçirilməsi mayın 1-dən ölkə ərazisində tətbiq edilən xüsusi sanitar rejimin tələblərinə uyğun həyata keçirilir: “Reydlərdə vətəndaşlardan evdən çıxarkən, qapalı məkanlarda, xüsusilə iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmək tələb olunur. Bu qaydalara riayət etməyənlər barəsində inzibati qaydada tədbirlər görüləcək. Eləcə də tibbi maskadan istifadə etməyənlərin ictimai nəqliyyata və qapalı məkanlarına girişinə məhdudiyyətlər qoyulacaq”.