Eldar Əzizov Bakının rayonlarının icra başçılarının fəaliyyətindən danışıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i361609-eldar_Əzizov_bakının_rayonlarının_icra_başçılarının_fəaliyyətindən_danışıb
Eldar Əzizov Bakının rayonlarının icra başçılarının fəaliyyətindən danışıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 10, 2020 11:29 Asia/Baku
  • Eldar Əzizov Bakının rayonlarının icra başçılarının fəaliyyətindən danışıb

Eldar Əzizov Bakının rayonlarının icra başçılarının fəaliyyətindən danışıb.

APA-nın məlumatına görə, jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib  “Bu gün Qaradağ rayon İcra Hakimiyyəti işləyir. Çalışırlar ki, öz fəaliyyətlərində dönüş yaratsınlar”.

O bildirib ki, Qaradağ Rayon İcra Hakimiyyətinin fəaliyyətində dönüş yaratmağa çalışdıqlarını müşahidə edirlər:“Bu normal haldır. Çünki kiməsə cəza verilir, kiminsə fəaliyyəti qiymətləndirilir. Bütün bunlar normaldır. Deməli, daha da yaxşı işləməliyik”.

 

E. Əzizov bildirib ki, başqa heç bir rayon İcra Hakimiyyəti başçısına töhmət verilməyib.

Qeyd edək ki, martın 24-də Bakı Şəhər İcra Hakimiyyətində koronavirus infeksiyasına qarşı şəhərdə aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ciddi tənqid olunmuş və ona xəbərdarlıqla töhmət elan edilmişdi.

ƏZİZOV BAKIDAKI İCRA BAŞÇILARININ FƏALİYYƏTİNDƏN DANIŞIB