Sabah Azərbaycanda Ramazanın ilk Qədr gecəsidir
https://azeri.sahartv.ir/news/azərbaycan-i361630-sabah_azərbaycanda_ramazanın_ilk_qədr_gecəsidir
Sabah Azərbaycanda Ramazan ayının ilk Qədr (Əhya) gecəsi olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2020 08:37 Asia/Baku
  • Sabah Azərbaycanda Ramazanın ilk Qədr gecəsidir

Sabah Azərbaycanda Ramazan ayının ilk Qədr (Əhya) gecəsi olacaq.

SaharAzeri APA-ya istinadla xəbər verir ki, bu barədə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, bu il ilk Qədr gecəsi mayın 12-dən 13-nə keçən gecəyə təsadüf edir: "Bu ilin Qədr gecələri mayın 12-i (Ramazanın 18-ci günü), 14-ü (Ramazanın 20-ci günü) və 16-sı (Ramazanın 22-ci günü) olacaq.