Bakı Tehranla dost əlaqələrin davamına təkid edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i361740-bakı_tehranla_dost_əlaqələrin_davamına_təkid_edib
Azərbaycan Respublikası prezidentinin müşaviri bu ölkənin nazirlər kabinetinin iclasının kənarında İranla ikitərəfli həmkarlıqların davamından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 14, 2020 05:47 Asia/Baku
  • Bakı Tehranla dost əlaqələrin davamına təkid edib

Azərbaycan Respublikası prezidentinin müşaviri bu ölkənin nazirlər kabinetinin iclasının kənarında İranla ikitərəfli həmkarlıqların davamından xəbər verib.

SaharAzeri xəbər verir:Bakının Tehranla dostcasına əlaqələrinin davamına təkid edən Hikmət Hacıyev deyib ki, bu əlaqələr koronavirus pandemiyası dövründə də qorunacaqdır.

Azərbaycan Respublikası prezidentinin müşaviri sonra Araz çayı kənarında Xudafərin və «Qız Qalası» su elektrik stansiyalarının inşası üçün iranlı rəsmilərlə məşvərətdən xəbər verib.

İran İslam Respublikası da indiyədək dəfələrlə Azərbaycan Respublikası ilə əlaqələrin genişləndirilməsinə təmayülündən xəbər veribdir. Belə ki, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri son zamanlar bu ölkə medialarından biri ilə müsahibədə iki ölkə arasındakı dostluğa təkid etmişdi.

Cəvad Cəhangirzadə «AzərTac» xəbər agentliyi ilə müsahibədə bildirmişdi ki, İran və Azərbaycan Respublikası iki dost, qonşu və qardaş ölkədir və səmimi qarşılıqlı münasibətlərə malikdirlər.