Eldəniz Quliyev Milli Şuranı tərk etməsinin səbəbini açıqladı
Azərbaycan Ziyalılar Hərəkatının rəhbəri Eldəniz Quliyev Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verməsinin səbəbini açıqlayıb.
SəharAzəri xəbər verir,Teleqraf Xəbər Portalının məlumatına əsasən, Milli Şuranın öz fəlsəfəsindən uzaqlaşdığını bildirən hərəkat sədri deyib: Bu gün Milli Şura qəbul etdiyi mübarizə prinsiplərində və öz strateji addımlarında əqidə mutasiyasına yol verdi. Xalqın mənafeyi bir qrup LGBT nümayəndələrinin maraqları ilə eyni tərəziyə qoyuldu və o qrupun çəkisi ağır gəldi! Xalqın mental dəyərlərinin ayaqlar altına atılması Milli Şura üçün intihara bərabər hərəkət idi. Yəni homoseksualların dərdi, yaxud himayəsi bu qədər qiymətlidir ki, xalqın bizə olan az-çox hörmətini və son ümidlərini itirmək bahasına da olsa, belə talehyüklü məsələləri görməzdən gələk?
Eldəniz Quliyev sonra Azərbaycan xaıqının mənəvi dəyərlərinin hər zaman qorunmasını vacib sayaraq şuranın sədri Cəmil Həsənlini sərt şəkildə tənqid edib.
" Sanki hansısa 28-ci dərəcəli bir ABŞ konqresmeninin kuryeri işləyən birisinin tapşırıqlarını yerinə yetirmək xalqımızın mənafeyindən üstündür. Belə çıxdı ki, Milli Şura rəhbəri Amerikada oturub fərmayiş yerinə yetirir. Əks halda Cəmil Həsənli Amerikada ərə getməyi ilə fəxr eləyən və hər gün üstümüzə çamur yağdıran saqqallı bir üzdənirağın hücumlarından çəkinməzdi. Mən, bu sayaq mövqe sərgiləyən, ən başlıcası, siyasi-ictimai fəaliyyətimə utanc gətirən bir siyasi-ictimai birlikdə qala bilməzdim. Xalqa cənnət vəd edib onu cəhənnəmə aparmağa heç kimin haqqı, hüququ və ixtiyarı yoxdur" - deyə, siyasətçi əlavə edib.