Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib
May 19, 2020 04:59 Asia/Baku
Mayın 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
SaharAzeri APA-ya istinadla bildirir ki, Azərbaycan Respublikası prezidentinin mətbuat xidmətindən verilən məlumata görə,Telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərdən danışıb, bu istiqamətdə sərhəd-keçid məntəqələrində qarşılıqlı əlaqələndirmə şəraitində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar.
Dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığın postpandemiya dövründə inkişaf perspektivlərini də müzakirə ediblər.
PUTİN ƏLİYEVƏ ZƏNG EDİB
Teqlər