Azərbaycan-Rusiya sərhədində Azərbaycan vətəndaşı vəfat edib
May 21, 2020 10:06 Asia/Baku
Vətənə qayıtmağı gözləyən Azərbaycan vətəndaşı İdris Təhməzov Dağıstanda iki ölkə sərhədində vəfat edib.
SaharAzeri-nin Turana istinadla verdiyi xəbərə görə, Rusiya mənbələrinin məlumatında deyilir ki, 52 yaşlı Təhmazovun cəsədi Azərbaycana göndərilib.
Son həftələr RF-Azərbaycan sərhədində Azərbaycan tərəfin sərhədi bağlaması ilə əlaqədar ölkəyə keçə bilməyən 700 Azərbaycan vətəndaşı yığışıb.
Mayın 19-da iki ölkə prezidentlərinin və XİN başçılarının telefon söhbətlərindən sonra 120 ölkə vətəndaşı Azərbaycana buraxılıb.
Teqlər