May 23, 2020 08:34 Asia/Baku
  • Əli Əsədov İranın vitse-prezidenti ilə danışdı

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və İran İslam Respublikasının Birinci vitse-prezidenti İshaq Cahangiri arasında telefon danışığı olub.

SəhərAzəri - Azərbaycan Nazirlər Kabinetindən  verilən məlumata görə, rəsmilər bu telefon söhbətində qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər. Sonra koronavirus infeksiyasının qarşısının alınması məqsədilə iki ölkə tərəfindən görülən uğurlu tədbirlərə dair məlumat mübadiləsi aparılıb.

İran tərəfi pandemiyaya qarşı mübarizə məqsədilə göstərilən humanitar yardıma görə Azərbaycana təşəkkürünü bildirib.

Yükdaşımaların fasiləsiz şəkildə həyata keçirilməsini təmin etmək üçün nəqliyyat dəhlizləri çərçivəsində görülən işlər xüsusi vurğulanıb.

Məlumatda qeyd olunur ki, İshaq Cahangiri pandemiya dövründə İran vətəndaşlarının Azərbaycan ərazisindən öz ölkələrinə qayıtmaları üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib və mayın 22-də daha 120 İran vətəndaşının Astara keçid məntəqəsindən öz ölkələrinə qayıtmaları barəsində məlumat alıb.

Bundan əlavə İran İslam Respublikasının vitse-prezidenti Azərbaycanda məhkum olunan İran vətəndaşlarının humanizm prinsiplərinə əsaslanaraq ekstradisiyası məsələsi barədə Əsədovla fikir mübadiləsi aparıb. 

 

Teqlər