Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışdı- Təhlil
Fransanın prezidenti Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə təkid edib.
SəhərAzəri - Emmanuel Makron Respublika Günü münasibətilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə yazdığı məktubda Fransanın Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, ədalətli və davamlı həlli üçün qətiyyət və qərəzsizliklə işləməyə hazır olduğunu bildirib.
Makron öz məktubunda bildirib: Minsk qrupunun həmsədri Fransa Birləşmiş Millətlər Təşkilatının Baş katibinin "müharibə xəstəliyi" adlandırdığı işi sona çatdırmaq çağırışına qoşulur.
Qeyd edək ki, Azərbaycan Respublikasında Fransa rəhbərliyinin Cənubi Qafqaz siyasəti adətən tənqid olunur. Zira Fransa da digər həmsədr dövlətlər kimi bu vaxtadək Qarabağ münaqişəsinin həlli sahəsində öhdəliyini yerinə yetirməyib və öz xarici siyasətində Ermənistanın maraqlarını müdafiə etməklə bitərəfliyini pozur. Emmanuel Makron isə qəndarma erməni soyqırımını gündəmdə saxlamaqla Ermənistana mənəvi dəstək göstərən avropalı liderlər arasında öncüı olmuşdur.
Xüsusilə də o, 24 aprel tarixini "erməni soyqırımını anma günü" elan edib. Bununla da, hər il 24 aprel Fransada qondarma soyqırımın anım günü kimi qeyd edilir.Xatırladaq ki, Fransa 2001-ci ilin 29 yanvarında 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan ilk ölkələrdən biridir.
Bununla yanaşı, Fransa parlamentinin bir sıra üzvləri tez-tez Dağlıq Qarabağa səfərlər edir və orada separatçı rejimin nümayəndələri ilə görüşlər keçirirlər. Bundan başqa, "Fransa-Dağlıq Qarabağ" dostluq qrupu yaradılıb. Bu istiqamətdə Fransa rəsmiləri Ermənistanın son 25 ildə işğalda saxladığı Dağlıq Qarabağ bölgəsinə səfərlər həyata keçiriblər.
Həmçinin Fransanın ayrı-ayrı şəhərləri Dağlıq Qarabağla müqavilələr imzalayıblar. Fransız şirkətlərinin işğal edilmiş Azərbaycan ərazilərində fəaliyyəti barədə informasiyalar mövcuddur.
Lakin Fransanın erməni sevgisi bununla bitmir. Prezident Emmanuel Makron 2018-ci ilin oktyabr ayı Frankofoniya sammitində iştirak üçün İrəvanda olarkən bunları demişdi: " Bizim xoşbəxtliyimiz də, kədərimiz də birdir. Ermənilər fransızların ürəklərindədir Ermənistan bizim üçün çox əzizdir. Ermənilər Fransa tarixini yaradıblar, bizim, demək olar ki, yarım həmyerlilərimizdir. Ermənilər bizim tariximizin bir hissəsi və fəxr predmetidir". Sitatın sonu.
Beləliklə də məlum mövqeyi ilə seçilən Fransa rəhbərliyinin Qarabağ münaqişəinin ədalətli həllinə dair verdiyi vədlər Azərbaycan ictimaiyyəti tərəfindən ciddiyə alınmır.