May 27, 2020 05:00 Asia/Baku
  • Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın əleyhinə qərar çıxarıb

Avropa İnsan Haqları Məhkəməsi "Ramil Səfərov işi" ilə bağlı Azərbaycanın əleyhinə qərar çıxarıb

SəhərAzəri - Bu məlumata əsasən, məhkəmənin qərarında göstərilir ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının "yaşamaq hüququ" və "etnik ayrı-seçkiliyin qadağan olunması" maddələrini pozub.

Qərarın qısa əsaslandırılmasında deyilir ki, "Azərbaycan etnik nifrət cinayətinə görə xaricdə həbs olunmuş və qaytarıldıqdan sonra əfv olunmuş, vəzifəsi artırılmış və müavinət verilmiş zabitinin həbs cəzasının icrasını əsassız icra etməyib. Yaşamaq hüququna qarşı törədilmiş cinayətlərdə cəzasızlığın olması dövlətin belə cinayətlərin qarşısını effektiv şəkildə almaq öhdəliyinə uyğun deyil."

Qeyd edək ki, Ramil Səfərov 2004-cü ildə NATO proqramları çərçivəsində Macarıstanda təlim alarkən kurs yoldaşı, əslən erməni olan Qurqen Marqaryanı təhqirə görə qətlə yetirib.

O, 2006-ci ilin aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.

2012-ci ildə Ramil Səfərov Macarıstandan Azərbaycana ekstradisiya olunub və elə həmin vaxt Prezident İlham Əliyev tərəfindən əfv olunub.

 

Teqlər

Şərhlər