May 27, 2020 06:50 Asia/Baku
  • Azərbaycan XİN Avropa İnsan Haqları Məhkəməsinin qərarına etiraz edib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Avropa İnsan Haqları Məhkəməsinin qərarına etiraz edib.

SəhərAzəri - Azərbaycan XİN sözçüsü Leyla Abdullayeva deyib ki, rəsmi İrəvanın Azərbaycandan Avropa Məhkəməsi ilə bağlı nə isə tələblər irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur.

Onun sözlərinə görə, məhkəmədə Ramil Səfərovun Azərbaycanın işğal olunmuş Cəbrayıl rayonunda anadan olduğunu, yaxın qohumlarını müharibədə itirdiyini, hələ yeniyetmə ikən məcburi köçkün həyatı yaşadığını nəzərə alınmalı idi.

Bununla belə diplomat məhkəmə qərarında əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvinin və ya əlaqədar şəxs üzrə işin yenidən açılmasının tələb edilməməsini müsbət qiymətləndirib.

 

Teqlər

Şərhlər