May 31, 2020 09:59 Asia/Baku
  • Azərbaycanda xüsusi karantin rejiminə dair məhdudiyyətlərin bir qismi aradan qaldırılıb

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti iyunun 15-i saat 00.00-dək uzadılsa da eyni zamanda 31 may saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib

SaharAzeri APA-ya istinadla xəbər verir ki, həmin qərara əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur; ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur,  açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir; Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir 

 

Teqlər

Şərhlər